Emin təxirə düşən konsertlərini bərpa etdi
Mədəniyyət
02.09.2025 13:10
Xalq artisti Emin Ağalarov Rusiyada təxirə düşən konsertlərini bərpa edib.
TodayPress TV xəbər verir ki, bu barədə müğənni özünün sosial şəbəkə hesabında məlumat yayıb.
O, konsertlərinin siyahısını açıqlayıb.
Emin bildirib ki, ilk konserti noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində keçiriləcək. Rusiyadakı növbəti konsertlər noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod, dekabrın 2-də isə Moskvada planlaşdırılıb.
O, həmçinin qeyd edib ki, dekabrın 6-da Bakıda ənənəvi konserti olacaq.
Qeyd edək ki, Emin son zamanlar Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda iyunun əvvəli Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutacaq konsertini təxirə salmışdı. Eminin İnstaqram səhifəsində paylaşılan posterdə bu il iyulun 6-da keçirilməsi nəzərdə tutulan konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı qeyd olunmuşdu.
tag: Emin,Rusiya,Konsert,Bərpa,Todaypress.tv,