Füzuli Hüseynova töhmət verildi
Mədəniyyət
31.05.2025 06:13
Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.Bu barədə teatrın mətbuat xidmətindən bildirilib.
TodayPress TV xəbər verir ki, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.
Buna səbəb Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.
“Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb”, - məlumatda qeyd olunub.
Bu il aprelin 4-də Akademik Milli Dram Teatrında keçirilən iclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib. İddialara görə, İlham Rəhimlinin Şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik olub. Gərginlik fiziki qarşıdurmaya çevrilib – Əli Nur döyülüb. Baş vermiş dava ilə bağlı Xalq artisti Əli Nur açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını demişdi.
tag: Aktyor, Füzulli, Dram Teatrı, Bədii Şura, todaypress.tv,
 
        
 
                                ![Elçin Əfəndiyev [[I Fəxri Xiyabanda dəfn olundu]]](/uploads/news/689090201a7f5.webp) 
                                            ![[[“Nağıllar aləmi İçərişəhər”]] adlı uşaq festivalı keçirilir](/uploads/news/683c07317de2b.webp) 
                                            ![Heydər Əliyev Mərkəzinin parkında [[konsert]] keçiriləcək](/uploads/news/684c381ee8f48.webp) 
                                            ![Selena Qomez görünüşünü dəyişdi [[- FOTO]]](/uploads/news/685939f2e3cea.webp) 
                                            ![[[Professor Aida Tağızadə]] 91 yaşında vəfat edib](/uploads/news/6893063ccd64a.webp) 
                                            ![[["Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları"]] mövzusunda  təlim təşkil olundu](/uploads/news/687f1e7b5164e.webp) 
                                            ![Azərbaycanlı gənc "Yetenek Sizsiniz Türkiye”nin [[ikinci turunda]]](/uploads/news/685d0e7890a91.webp) 
                                            ![Azərbaycanlı [[yazıçı vəfat]] etdi](/uploads/news/689e0baa75151.webp) 
                                             
                                            ![[[“Arşın mal alan”]] tamaşası nümayiş olundu](/uploads/news/68e670e9d54dc.webp) 
                                            