Bakı Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi keçirildi
Mədəniyyət
31.10.2025 22:50
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) açılış mərasimi baş tutub.
TodayPress TV xəbər verir ki, açılış konsertində pianoçu Behzod Abduraimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib.
Qeyd edək ki, festival çərçivəsində Heydər Əliyev Mərkəzi, Müslüm Maqomayev adına Dövlət Filarmoniyası, Azərbaycan Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı və digər səhnələrdə müxtəlif çıxışlar təqdim olunacaq.
Festivalın məqsədi mədəni mübadiləni təşviq etmək, müxtəlif icmaları bir araya gətirmək və Bakının beynəlxalq mədəniyyət mərkəzi kimi mövqeyini daha da gücləndirməkdir.
Xatırladaq ki, Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) 31 oktyabr – 16 noyabr tarixlərində keçiriləcək.
