Diplomatik nümayəndələr Toğrul Nərimanbəyovun Parisdəki məzarını ziyarət etdi
Mədəniyyət
02.06.2025 17:13
Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri çağdaş Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Toğrul Nərimanbəyovun vəfatının 12-ci ildönümü münasibətilə Parisdəki məzarını ziyarət edib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın adı çəkilən ölkədəki fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva sosial şəbəkə hesabında paylaşım edib.
Səfir, rəssamın Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu vurğulayaraq qeyd edib ki, Nərimanbəyovun yaradıcılığı bu gün də milli təsviri sənətin inkişafında ilham mənbəyi olaraq qalır.
Qeyd edək ki, Toğrul Nərimanbəyov həm Azərbaycanda, həm də Fransada tanınmış rəssam kimi dərin iz qoymuş sənətkarlardandır. Onun əsərləri müxtəlif ölkələrdə nümayiş olunub və mədəni irsimizin mühüm parçasına çevrilib.
Töhfə Səməd
tag: Fransa,Diplomatlar,Məzar,Ziyarət,Todaypress.tv,
