Sürətlə yerimək erkən ölüm riskini azaldır
Maraqlı
30.07.2025 19:15
Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, gündəlik gəzintilərin sürətinin artırılması vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat “American Journal of Preventive Medicine” jurnalında dərc olunub.
Alimlər ABŞ-nin cənub-şərqində, aşağı gəlirli insanların üstünlük təşkil etdiyi bölgələrin 79 mindən çox sakininin sağlamlığı və fiziki fəaliyyəti ilə bağlı məlumatları təhlil ediblər.
Müəyyən olunub ki, gündə cəmi 15 dəqiqə sürətli gəzinti vaxtından əvvəl ölüm riskini 20% azaldır.
Tədqiqatın müəllifləri bildiriblər ki, sürətli gəzinti ürəyin fəaliyyətini yaxşılaşdırır, toxumalara oksigenin çatdırılmasını artırır və bədən çəkisi, qan təzyiqi və xolesterin səviyyəsini balansda saxlamağa kömək edir.
Alimlərin sözlərinə görə, bu nəticələr xroniki xəstəliklərin, xüsusən də həssas əhali qrupları arasında sadə fiziki fəaliyyət növlərinin nə qədər əlçatan və effektiv olduğunu göstərir.
Aysel Mətləb
tag: Araşdırma,ABŞ,Todaypress.tv,