Rənglərin psixologiyaya təsiri aşkarlandı
Maraqlı
16.08.2025 19:30
Yay aylarında seçilən parlaq və isti rənglərin insan psixologiyasına müsbət təsiri olduğu müəyyən edilib.
TodayPress TV xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, sarı, narıncı, açıq mavi və yaşıl kimi rənglər beynin xoşbəxtlik hormonu olan serotoninin səviyyəsini artıraraq əhval-ruhiyyəni yüksəldir.
Təcrübələrdə parlaq sarı rəngin insanlarda enerjini artırdığı, açıq mavi rəngin
isə sakitlik və rahatlıq hissi yaratdığı aşkar olunub. Rənglərin yalnız estetik
seçim olmadığı, həm də beynin emosional reaksiyalarını stimullaşdıran güclü
psixoloji vasitə olduğu vurğulanır.
Moda və interyer dizaynı sahəsində də pozitiv rənglərin istifadəsinin satışlara və müştəri məmnuniyyətinə təsir etdiyi bildirilir. Həmçinin, açıq tonlu geyimlər sosial qarşılıqlı əlaqələrin artmasına kömək edir.
Ekspertlər yay mövsümündə sarı, narıncı və mavi rənglərin həm əhval-ruhiyyəni yaxşılaşdırmaq, həm də insanlarla daha isti və pozitiv münasibətlər qurmaq üçün faydalı olduğunu qeyd edirlər.
Türkan İsgəndərli
tag: Rəng,Moda,Yay,Əhval,Todaypress.tv,