Qadının dizində qızıl aşkarlandı
Maraqlı
09.09.2025 19:00
Cənubi Koreyada həkimlər artrozdan əziyyət çəkən 65 yaşlı qadının dizində yüzlərlə qızıl hissəciyi aşkar ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.
Xəstə illərdir ki, artrit ağrılarını yüngülləşdirmək məqsədilə akupunktur prosedurlarına müraciət edib. Aparılan rentgen müayinəsi nəticəsində diz oynağı ətrafında çoxlu sayda kiçik qızıl fraqmentləri qeydə alınıb.
Bu prosedurlar zamanı bəzən bədənə qızıl saplar yeridilir ki, onların orqanizmə müsbət təsir göstərdiyi iddia olunur.
Mütəxəssislər qeyd edirlər ki, bu hissəciklər toxumalar arasında miqrasiya edə, zədələnmələrə və infeksiyalara səbəb ola bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, bu cür müalicə üsulları Asiyada geniş yayılmış olsa da, onların effektivliyini təsdiqləyən elmi sübutlar yoxdur. Əksinə, belə alternativ prosedurlar klinik olaraq təsdiqlənmiş terapiyanın gecikməsinə və xəstəliyin ağırlaşmasına səbəb ola bilər.
Türkan İsgəndərli
tag: Diz,Qızıl,Oynaq,Cənubi Koreya,Todaypress.tv,