Kosmik fənər kainatın gizli tərəflərini üzə çıxardı
Maraqlı
22.10.2025 19:45
Beynəlxalq alimlər qrupu ulduz diskinin indiyə qədər qeydə alınmış ən dəqiq görüntüsünü yaratmağa imkan verən yeni texnologiya hazırlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə tədqiqat "The Astrophysical Journal Letters" jurnalında dərc olunub.
Bu nailiyyətin əsasını “fotonik fənər” adlı cihaz təşkil edir. O, ulduz işığını müxtəlif kanallara ayıraraq ən incə detalları qoruyur. Alimlər Havaydakı 8 metrlik Subaru Teleskopu vasitəsilə çox yüksək dəqiqliklə görüntü əldə ediblər. Adətən belə dəqiqlik üçün bir neçə teleskopdan istifadə olunur.
Tədqiqatçılar bu üsulla 162 işıq ili uzaqlıqdakı "Beta Canis Minoris" ulduzunu müşahidə ediblər. Ulduz ətrafında yerləşən hidrogen diskinin asimmetrik – yəni bir tərəfinin digərindən daha parlaq və sıx olduğu müəyyən olunub.
Alimlər bildiriblər ki, bu texnologiya ekzoplanetlər, ulduz diskləri və qalaktik nüvələr kimi kosmosun daha əvvəl müşahidə edilə bilməyən hissələrini araşdırmağa imkan verəcək.
Türkan İsgəndərli
tag: Ulduz,Kosmik,Teleskop,Orbit,Todaypress.tv,
 
        
 
                                ![25 ildən sonra [[torta görə boşandılar]]](/uploads/news/68fb872ff14eb.webp) 
                                            ![Maqnit sahəsinin zəifləməsi [[neandertallara]] necə təsir edib?](/uploads/news/685563ef637c3.webp) 
                                            ![[[35 milyon illik]] tarakan tapıldı](/uploads/news/685d1575070f8.webp) 
                                            ![Alimlər qədim [[adamyeyənlərə aid]] sübut tapdılar](/uploads/news/68837d0fd6c98.webp) 
                                            ![[[Alimlər:]] Beynin bəzi xüsusiyyətləti cinayət meyilliliyini artıra bilər](/uploads/news/6862596aa713d.webp) 
                                            ![İnsan təkamülü ilə bağlı yeni məlumatlar [[ortaya çıxdı]]](/uploads/news/68da2079a7731.webp) 
                                            ![Ulduzlararası obyekt Günəş sisteminə [[yaxınlaşır]]](/uploads/news/68664e1f58b0e.webp) 
                                             
                                            ![Qara krappi rekordu yeniləndi: [[1,6 kiloqram]]](/uploads/news/6826eae51cf72.webp) 
                                            ![Sahil kənarında yaşayanlar uzunömürlü olurlar [[- ARAŞDIRMA]]](/uploads/news/6891abef5a78d.webp) 
                                            