Dünyanın ən böyük aysberqi sürüşməyə başladı
Maraqlı
03.06.2025 19:25
Dünyanın ən böyük aysberqi "A23a" quruya çıxıb və Cənub Okeanının sularında hələ də sürüşməsini davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutu (AARI) məlumat yayıb.
Bildirilib ki, son üç ay ərzində aysberqin sahəsi 7% azalıb və hazırda təxminən 2730 kvadrat kilometrdir.
"A23a" öz orijinal ölçüsünün 35%-ni itirib və onun gələcək taleyi Cənub Okeanındakı külək və dəniz cərəyanlarından asılı olacaq.
Qeyd edək ki, aysberq 1986-cı ilin sentyabrında Filçner Buz Şelfindən ayrılıb və Ueddell dənizində 30 ildən çox hərəkətsiz qaldıqdan sonra 2023-cü ilin noyabrında yenidən sürüşməyə başlayıb.
"A23a"nın Cənubi Corciya adası ilə toqquşma riski var idi. Lakin onun istiqaməti dəyişib və toqquşma ehtimalı azalıb.
Türkan İsgəndərli
tag: Aysberq, Buz,Arktika,Toqquşma,todaypress.tv,