Kənd Təsərrüfatı Nazirliyinin xarici borcu 12 % azaldı
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 2,5 %-i və ya 122,5 milyon dolları Kənd Təsərrüfatı Nazirliyinə aid olub.
TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.