Şəkidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirildi
Kənd Təsərrüfatı
27.10.2025 11:27
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası Şəkidə təşkil edilib.
TodayPress TV nazirliyə istinadən xəbər verir ki, tədbirin əsas məqsədi regionda toxumçuluq sahəsinin inkişaf perspektivlərini nümayiş etdirmək, yerli fermerlərin satış imkanlarını genişləndirmək, sahibkarlığın təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında festival və sərgi-satış yarmarkalarının regionlarda toxumçuluq sahəsinin inkişafına təkan verdiyini, fermerlərin keyfiyyətli toxum materiallarına daha rahat çıxış imkanlarına malik olduğunu və aqrar sahibkarlar arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşdığını vurğulayıb.
Sərgi çərçivəsində Şəkidən toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də yerli fermerlər məhsullarını nümayiş etdiriblər. Festival zamanı iştirakçılara müasir texnologiyalar, gübrə və toxum nümunələri, güzəştli kredit imkanları barədə məlumatlar təqdim olunub, habelə təlimlər keçirilib.
Vahid stenddə regionun aqroiqlim və torpaq şəraitinə uyğun tövsiyə olunan toxum növləri, o cümlədən "Yubiley 90", "Mətin", "Əsgəran", "Arsenal", "Lider" və "Ləyaqətli 80" yumşaq buğda sortları və "Dəyanətli", "Cəlilabad 19", "Sadiq", "İdra" və digər arpa növləri təqdim olunub.
tag: KTN,Şəki,Aqrar,Festival,Yarmarka,Todaypress.tv,
 
        
 
                                ![Naxçıvan fermerlərinə [[payızlıq əkin üçün]] 320 ton taxıl toxumu alınır](/uploads/news/68ac12e8a72d2.webp) 
                                            ![Qarabağ və Dilbaz at cinslərinin [[genetik xəritəsi]] hazırlanır](/uploads/news/6895aef783178.webp) 
                                            ![Qobustanda [[Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası]] keçirildi](/uploads/news/68d1221f3c446.webp) 
                                            ![Yerli ərzaqlıq [[buğdanın tədarükünə]] başlanıldı](/uploads/news/68629bed73758.webp) 
                                            ![KTN Kürdəmirdə [[regional müşavirə]] keçirdi](/uploads/news/684c2b0649087.webp) 
                                            ![[[Azərbaycan və Efiopiya]] kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə etdi](/uploads/news/6889ecf0db3d6.webp) 
                                            ![Yanvar-may aylarında aqrar sektor [[1,5 %]] böyüyüb](/uploads/news/685149b9dcf03.webp) 
                                            ![Fermerlər üçün [[mina təhlükəsizliyi təlimləri]] yekunlaşdı](/uploads/news/683056e9079e2.webp) 
                                            ![[[Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini]] başa çatır](/uploads/news/689ddc628aeeb.webp) 
                                            ![Azərbaycanda [[yazlıq bitkilərin səpini 10%-ə yaxın]] azaldı](/uploads/news/6826faff7039f.webp) 
                                            