Tahir Gözelin Keniyada Prezident Ruto ilə işgüzar görüşü olub
İqtisadiyyat
10.06.2025 09:56
Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel Kenyanın paytaxtı Nairobiyə səfər edib.
TodayPress TV xəbər verir ki, O, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərdə, o cümlədən Kenya Prezidenti William Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının Baş katibi Wamkele Mene ilə görüşlərdə iştirak edib.
Səfərin əsas məqamı W.Ruto ilə keçirilən işgüzar görüş olub. Görüşdə tərəflər Azərbaycan və Kenya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
T.Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini qeyd edərək, Azərbaycanın Kenyaya verə biləcəyi töhfələr barədə danışıb.
Azərbaycanın “ASAN Xidmət”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və T.Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Kenyaya təqdim etməyə, bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğu bildirilib.
T.Gözel həmçinin Keniyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə, onlara dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.
Prezident Ruto, Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.
tag: Azərbaycan,Tahir Gözel,Keniya,Görüş,Todaypress.tv,