"SpaceX" və "xAI" birləşə bilər

İqtisadiyyat

02.02.2026 17:40

İlon Maskın qurduğu ABŞ kosmik texnologiya şirkəti "SpaceX", onun digər süni intellekt startapı "xAI" ilə birləşmə imkanlarını müzakirə edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Danışıqlar davam edir və razılaşmanın bu həftə elan olunacağı gözlənilir.

Mənbələr bildirir ki, proses uzana və ya nəticəsiz qala bilər. Razılaşma baş tutarsa, bu, dünyanın ən böyük iki özəl şirkətinin birləşməsi olacaq.

Qeyd olunur ki, "SpaceX" ötən il 15-16 milyard dollar gəlir əldə edib və 8 milyard dollar mənfəət qazanıb. Şirkət Maskın süni intellekt üçün kosmosda məlumat mərkəzləri yaratmaq planında əsas rol oynayır.

Mask daha əvvəl SpaceX"in mümkün IPO-sunun (səhmlərin birjada satışı) şirkətin dəyərini 1,5 trilyon dollara çatdıra və 50 milyard dollara qədər vəsait cəlb edə biləcəyini demişdi.

Türkan İsgəndərli

TodayPress TV

tag: İlon Mask,ABŞ,SpaceX,xAI,Todaypress.tv,