Qızılın qiyməti 3720 dolları keçdi
Qızılın qiyməti rekord qiymətə yaxınlaşıb.
TodayPress TV xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.59% artaraq 3727 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 2.13% artaraq 43.86 ABŞ dolları təşkil edib.