Microsoft yenilənmiş “Başlat” menyusunu təqdim etdi
İqtisadiyyat
29.10.2025 19:45
“Microsoft” şirkəti “Windows 11” əməliyyat sisteminin yeni yeniləməsini istifadəyə verib.
TodayPress TV xəbər verir ki, "Neowin" portalının məlumatına görə, KB5067036 adlı yeniləmə “Başlat” menyusuna fərdiləşdirmə baxımından bir sıra yeniliklər gətirir.
Artıq “Bütün tətbiqlər” bölməsi menyunun əsas səhifəsində yerləşir və iki yeni baxış rejimi təklif olunur — şəbəkə (grid) və kateqoriyalar üzrə. İkinci rejim standart olaraq aktivləşir və sistem proqramları avtomatik tematik qovluqlara qruplaşdırır.
Yeni interfeys xüsusilə iri ekranlı cihazlar üçün optimallaşdırılıb, kontentin görünüşü və yerləşməsi təkmilləşdirilib. Bundan əlavə, “Telefonla əlaqə” paneli də yenilənib — burada artıq istifadəçinin son fəaliyyətləri, bildirişlər və zənglər əks olunur.
Yeniləmə "Windows 11"in 24H2 və 25H2 versiyalarının istifadəçiləri üçün mərhələli şəkildə yayılır. Şirkət bildirir ki, “Başlat” menyusundakı dəyişikliklər bütün istifadəçilərdə dərhal görünməyə bilər.
Xatırladaq ki, daha əvvəl "Windows 10"un dəstəyinin dayandırılması "Apple" kompüterlərinin satışında artıma səbəb olmuşdu.
Qiymət Mahir
tag: Microsoft,Windows 11,25H2 ,Apple,Todaypress.tv,
 
        
 
                                !["ChatGPT"nin fəaliyyətində [[qlobal nasazlıq yarandı]]](/uploads/news/687e41489ded2.webp) 
                                            !["Microsoft" [[9 min nəfəri işdən]] çıxaracaq](/uploads/news/6865868644813.webp) 
                                            !["İnstagram"da məhdudiyyət [[tətbiq ediləcək]]](/uploads/news/68ef9aa37375b.webp) 
                                            ![[["iPhone 17 Pro Max"]] ən güclü batareyaya sahib olacaq](/uploads/news/68678045252cc.webp) 
                                            ![[[İDDİA:]] "Apple" "iPhone"nu Brazilya markasından oğurlayıb](/uploads/news/682858c2aa47e.webp) 
                                            ![Peyk məlumatlarını əldə edən [[sistem hazırlandı]]](/uploads/news/685d3077f3ac4.webp) 
                                            ![Dövlət Xidməti [[qlobal elektron poçt sistemində]] boşluqlar aşkar etdi](/uploads/news/686cccba9feaa.webp) 
                                            ![[[Xaricdə təqaüdlə təhsil alanların məlumatları]] “mygov”a inteqrasiya olundu](/uploads/news/6899dbd92718d.webp) 
                                            ![[[“Apple” “iPhone 17”]] mobil telefonunu təqdim edəcək](/uploads/news/68adef3a472e9.webp) 
                                            ![Finlandiya sərhədə nəzarət etmək üçün [[süni intellektdən istifadə edəcək]]](/uploads/news/682dca7f18448.webp) 
                                            