Mərdəkanda işıq olmayacaq

Mərdəkanda işıq olmayacaq
23.12.2025 10:28 İqtisadiyyat

Bu gün Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə TodayPress TV-yə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər