Kriptovalyuta sektorunun bazar dəyəri açıqlandı
İqtisadiyyat
19.07.2025 13:40
Kriptovalyuta sektorunun bazar dəyəri 4 trilyon dollara çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə “CoinGecko” platforması məlumat yayıb.
Məlumata görə, bu göstərici kriptovalyutanın ilkin mərhələdəki eksperimental aktivdən qlobal investisiya mühitinin əsas komponentlərindən birinə çevrildiyini nümayiş etdirir.
Eyni zamanda, ABŞ Nümayəndələr Palatası ABŞ dollarına bağlı kriptovalyuta tokenləri – sabitkoinlər üçün tənzimləyici çərçivə yaradan qanun layihəsini qəbul edib. Qanun layihəsi Prezident Donald Tramp tərəfindən imzalanıb.
“Trampın bu qanun layihəsini təqdim etməsi kriptovalyuta sektoruna münasibətdə ciddi bir dönüşün baş verdiyini göstərir, lakin qanunvericilər hələ də ehtiyatla hərəkət edirlər,” – deyə “Hargreaves Lansdown” şirkətinin səhmlər üzrə tədqiqat rəhbəri Derren Neitan bildirib.
Qeyd edək ki, sektorun birgə bazar dəyəri son olaraq 3.92 trilyon dollar səviyyəsində olub, dünyanın ən iri kriptovalyutası sayılan "Bitcoin" isə 1.8% ucuzlaşıb.
Bu həftənin əvvəlində "Bitcoin" 120 min dollar həddini keçərək rekord müəyyənləşdirib. “Bernstein” broker şirkəti "Bitcoin"in 2025-ci ilin sonuna qədər 200 min dollara yüksələ biləcəyini proqnozlaşdırır.
Kriptovalyuta bazarında ikinci yeri tutan “Ether” isə son ticarətdə 4.5% bahalaşıb. O, son üç ayda dəyərini iki dəfədən çox artırıb.
tag: Kriptovalyuta ,Bazar,Dəyər,Açıqlama,Todaypress.tv,