İqtisadiyyata yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artdı

İqtisadiyyat

24.05.2025 11:25

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 1 milyard 297,7 milyon manat​​​​​ vəsait yönəldilib. 

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,2 % çoxdur. 

Hesabat dövründə xarici investisiyaların 1 milyard 252,2 milyon manatı (96,6 %-i) Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub. 

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala ümumiyyətlə 5 milyard 69,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az investisiya yatırılıb.

Son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 22,7 % azalıb, qeyri neft-qaz sektoruna isə 5,3 % artıb.

tag: İqtisadiyyat,İnvestisiya,Artım,Azərbaycan,Todaypress.tv,