Bitkoin ucuzlaşdı

İqtisadiyyat

27.05.2025 10:20

Mayın 27-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti ucuzlaşıb. 

TodayPress TV xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası “CoinMarketCap” platformasında 0.87% ucuzlaşaraq 108 666 ABŞ dolları təşkil edib. 

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib.

Sözügedən kriptovalyutanın dəyəri 0.55% azalaraq 2555 ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan Tether 0.02%, XRP son sutkada 2.50% bahalaşıb, BNB isə 0.03% bahalaşıb. 

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

tag: Bitkoin,Qiymət, Platforma, Dollar, todaypress.tv,