Banklarla müqavilə bağlayarkən diqqətli olun! – CİDDİ XƏBƏRDARLIQ

İqtisadiyyat

24.10.2025 17:15

Azərbaycanda bank kartlarından vəsaitlərin oğurlanması halları artmaqda davam edir. Bu isə insanların bank sisteminə olan etimadına mənfi təsir göstərir.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, belə hallarda məsuliyyət həm vətəndaşların, həm də bankların üzərinə düşür.

"Sadəcə problem odur ki, insanlar banklarla müqavilə bağlayarkən, kartları alarkən, hesab açarkən xırda şriftlərlə yazılan yazılara fikir vermədən müqaviləni imzalayırlar. Orada belə bir qeydlər olur ki, vətəndaş öz kart məlumatlarını başqa şəxsə ötürərsə, bank məsuliyyətdən kənarda qalır".

İqtisadçının sözlərinə görə, əgər vətəndaş şübhəli əməliyyat aşkar etdikdə dərhal banka məlumat verirsə, bank bu barədə tədbir görmürsə, o halda məsuliyyət maliyyə qurumunun üzərində olur.

"Əgər vətəndaş şübhəli əməliyyatı görüb banka məlumat verirsə və bank bunun qarşısını almırsa, bu zaman bank məsuliyyət daşıyır və vəsaiti geri qaytarmalıdır. Buna görə də burada ikili məsuliyyət prinsipi mövcuddur", - deyə Natiq Cəfərli fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Natiq Cəfərli,İqtisadçı,Bank,Müqavilə,Todaypress.tv,

photo