Bakı "Ümumdünya Şəhərsalma Forumu"na ev sahibliyi edəcək

İqtisadiyyat

29.05.2025 18:37

2026-cı ildə Bakının ev sahibliyi edəcəyi "WUF13 – Ümumdünya Şəhərsalma Forumu" isə iqlim, urbanizasiya və dayanıqlı inkişaf mövzularında qlobal dialoq üçün əsas platformalardan biri olacaq.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Nayrobidə keçirilən UN-Habitat Assambleyasının ikinci çərçivəsində təşkil olunan “Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025-ci il və sonrakı illər üçün yeni mərhələlər və imkanlar” mövzusunda tədbirdə iştirak etmək fürsətim oldu.

Tədbir COP29-un nəticələri üzərində düşünmək və COP30-a gedən yolun müzakirəsi üçün mühüm platforma rolunu oynadı.

Qeyd olundu ki, Bakının COP29-a ev sahibliyi etməsi şəhərlərin qlobal iqlim gündəmindəki rolunun gücləndirilməsi baxımından vacib addım oldu.

Bakı Davamlılıq Koalisiyasının fəaliyyəti göstərir ki, yerli təşəbbüslər iqlim dəyişikliyi, mənzil çatışmazlığı və sosial bərabərsizlik kimi qlobal çağırışlara cavab verməkdə böyük potensiala malikdir", - deyə paylaşımda yazılıb.

Töhfə Səməd

tag: Bakı,WUF13,Ümumdünya Şəhərsalma Forumu,todaypress.tv,