2025-ci ilin 4 ayında fiziki şəxslər 700 milyon dollardan çox məhsul idxal edib

İqtisadiyyat

20.05.2025 12:09

2025-ci ilin yanvar-aprel ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyər 700 milyon 881 min ABŞ dolları təşkil edib. 

TodayPress TV xəbər verir ki, Dövlət Gömrük Komitəsininin açıqladığı hesabata görə, bu da ölkənin cəmi idxalının 8.62 faizini əhatə edib. 

Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 27 milyon 573 min ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,32 faizi deməkdir. 

Fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artıb, ixrac isə 21 faiz azalıb. 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917 milyon dollar olub.

İxrac 8 milyard 784 milyon dollar, idxal isə 8 milyard 132 milyon təşkil edib.

tag: İqtisadiyyat,İdxal,Fiziki,Şəxs,Todaypress.tv,