Azərbaycanda daha 73 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat

18.08.2025 16:20

Oktyabrın 21-də və 28-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, hərraclar Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.

1-ci hərraca ümumi dəyəri 32 min 750 manat olan 5 nəqliyyat vasitəsi, 2-ci hərraca isə ümumi dəyəri 174 min 050 manat olan 68 nəqliyyat vasitəsi çıxarılacaq.

Beləliklə, ümumilikdə 73 avtomobilin yeni sahibi müəyyən oluna bilər.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

tag: İqtisadiyyat Nazirliyi,Əmlak Məsələləri,Dövlət Xidməti ,Hərrac,Todaypress.tv,