Açıq tenderlərin iştirakçılarının orta sayı 8 %-ə yaxın artdı
İqtisadiyyat
25.08.2025 13:16
Bu ilin I yarısında Azərbaycanda açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib.
TodayPress TV bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı ümumilikdə 2,8 %, o cümlədən açıq tender metodu üzrə 7,5 % artıb, kotirovka sorğusu metodu üzrə isə bu göstərici dəyişməyib.
"Çoxiştirakçılığın təmin edilməsi satınalma proseslərində sahibkarların bərabər imkanlarla iştirakına və bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə sahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasına töhfə verir", - deyə məlumatda qeyd olunub.
tag: Açıq,Tender,İştirakçı,Artım,Todaypress.tv,
 
        
 
                                ![Bir sıra ərzaq məhsulları [[bahalaşdı]]](/uploads/news/684c0d46d68d5.webp) 
                                            ![Qızıl və gümüş [[ucuzlaşdı]]](/uploads/news/68c25c8a5e919.webp) 
                                            ![Qızıl və gümüş [[ucuzlaşdı]]](/uploads/news/686b5e2ced62d.webp) 
                                            ![Avro və rubl [[bahalaşdı]]](/uploads/news/68ef331756c1b.webp) 
                                            ![Vergi orqanlarına [[daxil olmuş müraciətlərin]] sayı azaldı](/uploads/news/68495f039ec86.webp) 
                                            ![Qızıl ucuzlaşdı, [[gümüş bahalaşdı]]](/uploads/news/6837f1341b18e.webp) 
                                            ![Azərbaycan Rusiyaya [[qeyri-neft-qaz ixracını]] 4 %-ə yaxın artırdı](/uploads/news/68628f95850fc.webp) 
                                            ![Avro və rubl [[ucuzlaşdı]]](/uploads/news/68c1132838a41.webp) 
                                            ![Alıcıların [[ticarət şəbəkəsində aldıqları]] mallarda ərzaq çoxluq təşkil edir](/uploads/news/684c0e8d451e3.webp) 
                                            ![Neft sektorunda maaş [[qeyri-neft sektorundan 4 dəfə]] çoxdur](/uploads/news/68286b8eeeadb.webp) 
                                            