Aİ ölkələri ilə ticarət dövriyyəsi 28 %-ə yaxın artdı
İqtisadiyyat
20.06.2025 13:56
Bu ilin yanvar-may aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 9 milyard 55 milyon 999 min ABŞ dolları təşkil edib.
TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % çoxdur.
O cümlədən, son 1 ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 21,5 % artaraq 7 milyard 838 milyon 195 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 16,8 % artaraq 1 milyard 217 milyon 804 min ABŞ dolları təşkil edib.
5 ay ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,2 %, idxalda payı isə 12,2 % təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, Çexiya və İspaniya ilə formalaşıb.
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard 338 milyon 758 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyard 126 milyon 165 min ABŞ dolları, idxalın dəyəri isə 212 milyon 593 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 21,1 %, o cümlədən ixrac 21,2 %, idxal isə 17,6 % artıb.
Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 680 milyon 441 min ABŞ dolları təşkil edib, o cümlədən ixracın dəyəri 292 milyon 645 min ABŞ dolları, idxalın dəyəri isə 387 milyon 795 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsi son 1 ildə 7,6 % artıb, o cümlədən ixrac 6 % azalıb, idxal isə 20,8 % artıb.
Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 357 milyon 770 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 334 milyon 256 min ABŞ dolları, idxalın dəyəri isə 23 milyon 514 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 8,3% artıb, o cümlədən ixrac 9 % artıb, idxal isə 0,6 % azalıb.
Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 336 milyon 26 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 305 milyon 728 min ABŞ dolları, idxalın dəyəri isə 30 milyon 298 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 9,5 % azalıb, o cümlədən ixrac 12,5 % azalıb, idxal isə 37,2 % artıb.
Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 102 milyon 876 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyon 372 min ABŞ dolları, idxalın dəyəri isə 97 milyon 504 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 2,6 % azalıb, o cümlədən ixrac 9,2 dəfə azalıb, idxal isə 73,3% artıb.
tag: Azərbaycan,Aİ,Ticarət,Dövriyyə,Todaypress.tv,
 
        
 
                                ![Türkiyədən geyim [[idxalına çəkilən xərclər]] açıqlandı](/uploads/news/6842c053b8769.webp) 
                                            ![Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının [[8-ci iclası keçirildi]]](/uploads/news/68878d4799e4e.webp) 
                                            ![Buğda idxalı [[57 % artdı]]](/uploads/news/682da5cd28743.webp) 
                                            ![[[Qızıl və gümüş]] yenidən bahalaşır](/uploads/news/68f868668af9d.webp) 
                                            ![Avro və rubl [[bahalaşdı]]](/uploads/news/68c8f7892f4c9.webp) 
                                            ![3 bağlanmış bankın [[əmlakları]] hərraca çıxarılır](/uploads/news/685532d623da9.webp) 
                                            ![Xəzərdə 2 yatağın yenidən işlənməsini sürətləndirmək üçün [[sənəd imzalanıb]]](/uploads/news/68de1b0614876.webp) 
                                             
                                            ![Bitcoin [[bahalaşdı]]](/uploads/news/68a5c43397710.webp) 
                                            ![Dünya fond bazarlarının [[əsas indeks göstəriciləri]] açıqlandı](/uploads/news/68e0a9d1c7a69.webp) 
                                            