2024-cü ildə büdcə borcunun 99,9%-i qeyri neft-qaz sektorunun payına düşüb

İqtisadiyyat

27.05.2025 17:01

2024-cü ildə dövlət büdcəsinə yaranmış 3169,3 milyon manat borcun 4,6 milyon manatı və ya 0,1%-i neft-qaz, 3164,6 milyon manatı və ya 99,9%-i isə qeyri neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb. Bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq 100 min manat (2,2%) və 344,7 milyon manat (12,2%) artım deməkdir. 

TodayPress TV xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub. 

Bildirilib ki, 2024-cü ilin sonuna dövlət büdcəsinə olan borcların (qalıqların) həcmi ilin əvvəli ilə müqayisədə ümumilikdə 344,9 milyon manat və ya 12,2% artaraq 3169,3 milyon manat təşkil edib.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,