"YouTube" videoların keyfiyyətini avtomatik yaxşılaşdıracaq

İKT

31.10.2025 19:00

"YouTube" yeni funksiyasını istifadəyə verərək süni intellekt vasitəsilə aşağı keyfiyyətli videoların görüntüsünü avtomatik şəkildə yaxşılaşdıracaq. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Məlumata görə, ilkin mərhələdə bu texnologiya 240p-dən 720p-yə qədər videoların miqyaslandırılmasını təmin edəcək.

Gələcək planlara əsasən, "YouTube" videoların keyfiyyətini süni intellekt vasitəsilə 4K səviyyəsinə qədər artırmağı nəzərdə tutur. Proses zamanı videonun orijinal faylı dəyişdirilməyəcək və istifadəçilər istədikdə orijinal və ya təkmilləşdirilmiş versiya arasında seçim edə biləcəklər.

Şirkət bildirir ki, həm kontent müəllifləri, həm də izləyicilər avtomatik yaxşılaşdırmanı istəmədikdə söndürə biləcəklər. Bu addım, əvvəlki alqoritmlər istifadə edilərkən videolarda arzuolunmaz dəyişikliklərlə bağlı yaradıcıların şikayətlərindən sonra atılıb.

Süni intellektlə miqyaslandırma texnologiyası bəzi televiziya və media pleyer istehsalçıları tərəfindən artıq tətbiq olunur. Lakin "YouTube" bu texnologiyanı istifadəçi nəzarəti ilə birləşdirərək həyata keçirən ilk böyük video platformasıdır.

Türkan İsgəndərli

TodayPress TV 

tag: YouTube,Video,Keyfiyyət,Süni intellekt,Todaypress.tv,