Fərrux Fərəcullayev: “SİMA Access” uşaq bağçalarında sınaqdan keçirilib”
İKT
09.09.2025 11:33
“AzInTelecom”un bir neçə fəaliyyət istiqaməti var: SİMA, “AzInTelecom Cloud”, “AzInTelecom Infosec” və “AzInTelecom Infosystems”.
TodayPress TV xəbər verir ki, bunu “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “AzInTelecom”un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə deyib.
O bildirib ki, SİMA Rəqəmsal Həllər Platforması 2022-ci ildən etibarən bazara çıxıb:
“Biometrik üztanıma və elektron imza funksiyalarını birləşdirdik. Bununla da əlçatanlığı daha çox asanlaşdırdıq. İlk növbədə vətəndaşlar, 2023-cü ildə fərdi sahibkarlar, 2024-cü ildə hüquqi şəxslər, 2025-ci ildə isə dövlət qurumları üçün həllər təqdim edildi. Bizim strategiyamız ondan ibarətdir ki, müştəriyə seçim imkanı vermək lazımdır. Bazarda rəqiblərimiz də mövcuddur”.
F.Fərəcullayev, həmçinin son iki ildə istifadəyə verilən funksiyalardan bəhs edib:
“2024-cü ildə “SİMA Pay” istifadəyə verildi. Bu, üztanıma ilə ödəniş həllidir. Azərbaycan Dəmir Yollarının keçid turniketlərində uğurla sınaqdan keçirilib.
2025-ci ildə isə “SİMA Access” yaradıldı. Bu həll binalara üztanıma ilə giriş imkanı verir və artıq 2 uşaq bağçasında uğurla sınaqdan keçirilib”.
Qiymət Mahir
tag: Fərrux Fərəcullayev,SİMA,Uşaq ,Bağça,Todaypress.tv,