“Digital.login” platforması “mygov” tətbiqinə inteqrasiya olundu
İKT
28.10.2025 14:34
Ölkəmizin ən böyük rəqəmsal giriş ekosistemi olan “digital.login” platforması “mygov” tətbiqinə inteqrasiya edilərək artıq “mygov ID” olaraq vətəndaşlara xidmət göstərir.
Bu barədə TodayPress TV-yə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Yeni rəqəmsal həllin başlıca üstünlüyü dövlət və özəl informasiya sistemləri vahid rəqəmsal girişi bir tətbiqdə, yəni “mygov”un çətiri altında birləşdirməsidir. Bu o deməkdir ki, vətəndaşlar “mygov ID” hesablarına aid əsas əməliyyatları “mygov” tətbiqi üzərindən icra edə bilirlər.
Belə ki, “mygov ID” vasitəsilə dövlət və özəl informasiya sistemlərinə “SİMA İmza”, “Asan İmza”, FİN kod və digər üsullarla daxil olmaq, şəxsi məlumatları yeniləmək, parolu dəyişmək və təhlükəsizlik səviyyəsini artırmaq üçün ikifaktorlu autentifikasiyanı aktivləşdirmək mümkündür. Eyni zamanda, mobil nömrə və elektron poçt ünvanlarının əlavə olunması və idarə edilməsi imkanı birbaşa tətbiq vasitəsilə artıq vətəndaşlar üçün əlçatandır.
Bundan əlavə, “mygov ID”də “QR login” və “mobil tətbiqlər arası login” funksionallıq imkanı da yaradılıb. Bu yenilik sayəsində istifadəçilər “mygov ID ilə daxil ol” düyməsi vasitəsilə “mygov” tətbiqi üzərindən inteqrasiya edilmiş mobil tətbiqlərə rahat girə bilirlər.
Qeyd edək ki, “mygov ID” artıq 240-dan çox dövlət və özəl qurumların informasiya sisteminə vahid rəqəmsal girişi təmin edir. Hazırda “mygov ID”nin istifadəçi sayı 4,8 milyonu ötüb, sistem üzərindən aylıq ortalama 9 milyondan çox əməliyyat həyata keçirilir.
tag: Digital.login,Platforma,mygov,Tətbiq,Todaypress.tv,
 
        
 
                                ![Yüz minlərlə kompüterə yoluxmuş yeni virusla bağlı [[XƏBƏRDARLIQ]]](/uploads/news/682f1f1edbb1d.webp) 
                                            ![Mask "Tesla"nı [[sınaqdan keçirir]]](/uploads/news/683813921b5af.webp) 
                                            !["Apple" köhnə modellərin [[satışını dayandırdı]]](/uploads/news/68c12d37cc137.webp) 
                                            ![“ChatGPT”də giriş problemi: [[Bot cavab vermir]]](/uploads/news/68b9294cabf4d.webp) 
                                            ![[["GTA VI"nın]] təfərrüatları ortaya çıxdı](/uploads/news/6847eae8753f9.webp) 
                                            !["OpenAI" "SpaceX"i [[geridə qoydu]]](/uploads/news/689476d96bf01.webp) 
                                            ![[["iPhone 17 Pro Max"]] ən güclü batareyaya sahib olacaq](/uploads/news/68678045252cc.webp) 
                                            !["Poverbank"ın təhlükələri [[aşkarlandı]]](/uploads/news/685959b211c94.webp) 
                                            ![İnformasiya və rabitə sektorunun gəlirləri [[7%-dən çox]] artdı](/uploads/news/68514b2371fa1.webp) 
                                            !["ChatGPT" istifadəçiləri problemlə üzləşir- [[RƏSMİ açıqlama]]](/uploads/news/68485a408b442.webp) 
                                            