"Surface Pro 11" istifadəçiləri şikayətlənir
İKT
17.08.2025 18:45
"Surface Pro 11" planşetinin bəzi istifadəçiləri cihazın maksimal enerji yığma səviyyəsinin 50%-lə məhdudlaşdığını bildiriblər. Xüsusi olaraq batareyanın normal səviyyədə doldurulmasını bərpa etmək imkanı mövcud deyil.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Windows Central” yayıb.
Problemin son "firmware" yenilənməsindən sonra yarandığı qeyd olunur. İstifadəçilərin sözlərinə görə, "UEFI" parametrlərindən “Battery Limit” rejimi yoxa çıxıb. Əvvəllər bu funksiya cihazın daim elektrik şəbəkəsinə qoşulu olduğu hallarda batareyanın resursunu qorumaq üçün doldurmanı 50%-də saxlamağa imkan verirdi. İndi isə nasazlıq portativliyin əsas üstünlüklərindən birini ciddi şəkildə məhdudlaşdırır.
Məsələ ilə bağlı “Microsoft” artıq araşdırmaya başlayıb. “Battery Limit” rejimi "Surface Go", "Surface Pro 7", "Surface Laptop 3", "Surface Book 3", "Surface Laptop Studio", "Surface Laptop Go" və sonrakı modellərdə də mövcuddur.
Qiymət Mahir
tag: Surface Pro 11,Microsoft,Batareya,Enerji,Todaypress.tv,