Ötən il mobil telefon trafiki 26%-ə yaxın azalıb
İKT
13.09.2025 15:00
Ötən il Azərbaycanda mobil telefon trafiki əhəmiyyətli azalma ilə müşahidə olunub.
TodayPress TV xəbər verir ki, ötən il ölkədaxili mobil telefon trafiki 13,7 milyard dəqiqə təşkil edib. Bu göstərici 2023-cü ildə 18,5 milyard dəqiqə olub ki, bu da bir il ərzində 25,6% azalma deməkdir.
Sabit şəbəkədən mobil telefon şəbəkəsinə trafikin həcmi 2023-cü ildə 28,1 milyon dəqiqə olduğu halda, 2024-cü ildə 38,9 milyon dəqiqəyə yüksəlib. Bu isə illik müqayisədə 38,4% artım deməkdir.
Mobil şəbəkəyə beynəlxalq gələn trafik isə 2023-cü ildə 22,1 milyon dəqiqədən 2024-cü ildə 22,6 milyon dəqiqəyə qalxaraq, 2,2% artım nümayiş etdirib. Eyni zamanda, sabit şəbəkədən beynəlxalq çıxış trafiki 4,1 milyon dəqiqədən 3,2 milyon dəqiqəyə enib ki, bu da 22% azalma deməkdir.
Sabit şəbəkədən sabit şəbəkəyə uzunməsafəli çıxış trafiki 2023-cü ildə 30,3 milyon dəqiqə olduğu halda, 2024-cü ildə 34,8 milyon dəqiqəyə çatıb və 14,8% artım qeydə alınıb.
Mobil şəbəkədən sabit şəbəkəyə çıxış trafiki də geriləmə ilə müşahidə olunub. 2023-cü ildə 186 milyon dəqiqə olan bu göstərici 2024-cü ildə 154,7 milyon dəqiqəyə düşüb – azalma 16,7% təşkil edib.
Mobil şəbəkədən digər mobil şəbəkələrə çıxış trafiki də 2023-cü ildə 7,9 milyard dəqiqədən 2024-cü ildə 9,4 milyard dəqiqəyə düşüb ki, bu da 19,5% azdır.
Ümumilikdə, 2024-cü ilin statistikasına əsasən, sabit telefon trafiki və beynəlxalq mobil trafikdə artım olsa da, ölkədaxili mobil trafikin ümumi həcmi və mobil şəbəkədən sabit şəbəkəyə yönəlik zənglərdə kəskin azalma müşahidə olunub.
tag: Telefon,Trafik,Azalma,İKT,Todaypress.tv,