Yoşko Qvardiol mövsümün ən yaxşı oyunçusu seçildi
İdman
12.06.2025 18:10
"Mançester Siti"nin xorvatiyalı müdafiəçi Yoşko Qvardiol 2024/2025 mövsümünün yekunlarına əsasən komandanın ən yaxşı futbolçusu seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə ümumilikdə 53 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla olan müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Premyer Liqanın başa çatan mövsümündə Xosep Qvardiolanın başçılıq etdiyi komanda 71 xalla 3-cü yeri tutaraq növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, 15 iyun tarixində başlayacaq klublararası dünya çempionatında "Mançester Siti" G qrupunda "Əl-Əyn" (BƏƏ), "Vidad" (Mərakeş) və "Yuventus" (İtaliya) klublarına qarşı mübarizə aparacaq.
Namiq HUN
tag: Mançester Siti,Premyer Liqa,Yoşko Qvardiol,Xosep Qvardiola,todaypress.tv,