Osimhen illik 50 milyon avro maaş təklifi aldı

İdman

16.06.2025 10:36

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Napoli”nin hücumçusu Viktor Osimhenə yeni, cəlbedici müqavilə təklifi göndərib. 

TodayPress TV xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.

Bildirilir ki, Ər-Riyad təmsilçisi 26 yaşlı nigeriyalı futbolçuya illik 50 milyon avro maaş verməyə hazırdır. 

Osimhen daha öncə “Əl-Hilal”in ona təklif etdiyi 30 milyon avroluq illik əməkhaqqı təklifini rədd etmişdi. Klub həmçinin futbolçunun transferi üçün “Napoli”yə 75 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Osimhen son mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, bütün turnirlərdə 41 oyuna çıxaraq 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

Onun “Napoli” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Namiq HUN

tag: Viktor Osimhen,Qalatasaray,Klub,Təklif,Todaypress.tv,