Üç dəfə ölümcül xəstəliyə qalib gələn müdafiəçi NHL düşərgəsində

İdman

13.09.2025 11:19

“Anahaym Daks” klubunun gənc müdafiəçisi Uill Frensis komandanın təlim-məşq toplanışında iştirak edib.

TodayPress TV xəbər verir ki, ABŞ Milli Hokey Liqasının (NHL) rəsmi saytı məlumat yayıb.

24 yaşlı xokkeyçi indiyədək üç dəfə xərçəng xəstəliyinə qalib gəlib. Ona ilk dəfə 2020-ci ildə kəskin limfoblast leykoz diaqnozu qoyulmuşdu. Frensis son beş il ərzində üç dəfə müalicə kursu keçib və hazırda remissiya mərhələsindədir.

“Anahaym” 2019-cu ilin NHL draftında Frensisi altıncı raundda, ümumilikdə 163-cü seçimlə heyətinə qatıb. 2021–2025-ci illərdə o, Minnesota Universitetinin (Dulut) komandasında çıxış edib. Ötən mövsüm isə AHL klubu “San-Dieqo Galls”da üç oyun keçirib, lakin xal toplaya bilməyib.

“Bu, inanılmaz təcrübədir. 2019-cu ildən bəri məqsədim və arzum idi. Başımda yaşanan bütün çətinliklərdən sonra nəhayət bu məqama çatmaq heyrətamiz hissdir. Əslində, bunun daha tez baş verəcəyini umurdum, amma axırda yaxşı şeylər gözləyənlərə qismət olur”, - deyə Frensis bildirib.

“Anahaym”ın baş məşqçisi Coel Kennevil oyunçunu yüksək qiymətləndirib:

“Uillin yaşadıqları, üç dəfə xərçəngə qalib gəlməsi sadəcə möcüzədir. Onun əzmkarlığı, peşəkar hokkey oynamaq arzusu hər birimizi ilhamlandırır. Göstərdiyi cəsarət isə onu yalnız hokkeyçi kimi yox, həm də insan olaraq əsl nümunəyə çevirir”.

Namiq HUN

TodayPress TV

tag: Uill Frensis,Hokkey,Komanda,Heyət,Todaypress.tv,