Spalletti: “Bəzi şeyləri dəyişəcəyəm”
İdman
31.10.2025 17:05
“Yuventus” klubunun yeni baş məşqçisi Luçano Spalletti vəzifəyə təyin olunduqdan sonra ilk açıqlamasını verib.
TodayPress TV xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini klubun mətbuat xidməti vasitəsilə bölüşüb.
““Yuventus”a təyinatdan sonrakı ilk təəssüratlarım möhtəşəmdir. Bu klubun tarixi və təşkilatlanması hər kəsə məlumdur, lakin onun bir hissəsi olmaq — əsl fantastik hissdir.
Komandanı yenidən zirvəyə qaytarmaq istəyim çox böyükdür. Mən İqor Tudora böyük hörmətlə yanaşıram, onun necə işlədiyini bilirəm. Onun peşəkarlığını nəzərə alsaq, mənə yaxşı hazırlanmış bir komanda miras qaldığına əminəm.
Əgər bu komandanın potensialına inanmasaydım, burada olmazdım. Düşünürəm ki, yaxşı nəticə qazanmaq üçün bəzi şeyləri dəyişə bilərəm.
Qollar hər şeyə təsir edir. Matçları qazanmaq üçün qol vurmaq vacibdir. Hücum futbolu önəmlidir, amma ən başlıcası — komanda ruhunu qorumaqdır, meydanda nə etməli olduğunu anlayan bir kollektiv yaratmaqdır,” — deyə Spalletti bildirib.
Namiq HUN
tag: Spalleti,Komanda,Tudora,Yuventus,Todaypresstv.az,
 
        
 
                                ![Donçiçin ianəsi [[Dallas futbol komandasını]] Milli Kuboka çıxartdı](/uploads/news/683af433aed6c.webp) 
                                            ![[[Nikolás Harri:]] “Kaş mənə də Sinnerə olduğu kimi yanaşardılar”](/uploads/news/68935b8381258.webp) 
                                            ![Avropada [[cinayətkar qrup]] ifşa olundu](/uploads/news/6904518b41207.webp) 
                                            ![BOK-un tibbi eksperti Bakıda [[elmi-praktik]] təlim keçdi](/uploads/news/686f8a72bc9a8.webp) 
                                            ![[[“Barselona”]] apellyasiya şikayəti verdi](/uploads/news/68fa26fa66d6e.webp) 
                                            ![Avarçəkənlərimiz Qazaxıstanda [[14 medal qazandı]]](/uploads/news/683ec919d352c.webp) 
                                            ![[[Ayxan Abbasov]] qərar verdi](/uploads/news/68e8d41a7bcdd.webp) 
                                            ![[["Fənərbağça"]] yeni transferini açıqladı](/uploads/news/68a4d759110fb.webp) 
                                            ![[[Messi]] MLS-in mövsümünə düşdü](/uploads/news/68f8890b2f132.webp) 
                                            ![“Lyuboten” Ermənistan klubunu [[darmadağın etdi]]](/uploads/news/688f87f131dbe.webp) 
                                            