“Dinamo” Zaynutdinovun transferini anons etdi
İdman
28.07.2025 17:49
“Dinamo” klubu yeni transferlə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, klubun sosial şəbəkələrdə paylaşdığı videoda məşhur bir mahnının sözləri dəyişdirilərək “Əgər nəsə olsa, mən Baxayam” ifadəsi yer alıb. Bu paylaşımın “Beşiktaş”ın futbolçusu Baktiyor Zaynutdinovun transferinə işarə olduğu ehtimal edilir.
Qeyd edək ki, daha əvvəl mediada Zaynutdinovun “Dinamo”ya keçə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Qazaxıstanlı yarımmüdafiəçi 2023-cü ilin yayında Moskva “CSKA”sından İstanbul “Beşiktaş”ına transfer olunmuşdu. Ötən mövsüm o, bütün turnirlərdə cəmi 12 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Zaynutdinovun “Beşiktaş”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 3 milyon avrodur.
Töhfə Səməd
tag: Dinamo,Transfer,Baktiyor Zaynutdinov,Beşiktaş,Todaypress.tv,