Şakil O'Nil: “Həftəsonunu həbsdə keçirmək həyatımı dəyişdi”

İdman

30.06.2025 14:57

ABŞ Mili Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu və Şöhrət Zalının üzvü Şakil O'Nil Las Veqasda uşaq və yeniyetmələr üçün inşa ediləcək yeni idman kompleksinin təməlqoyma mərasimində iştirak edib. 

TodayPress TV xəbər verir ki, 2026-cı ilin sonunda başa çatacaq tikintiyə Şakilin şəxsi fondunun hesabına təxminən 24 milyon dollar sərf olunacağı gözlənilir.

O'Nil şəxsi həyat təcrübəsini bölüşərək, bir vaxtlar keçirdiyi qısa müddətli həbsin onun taleyində necə dönüş nöqtəsi olduğunu açıqlayıb:

“Mən artıq 30 ildir ki, buradayam və insanlar, xüsusilə də uşaqlar üçün nəsə etmək istəyirəm. Əgər hər bir nüfuzlu insan yaşadığı yerə qayğı göstərsəydi, dünya daha yaxşı bir yer olardı. Uşaq vaxtı bir az nadinclik etmişəm, lakin ictimai mərkəzlərə getmək həyatımı dəyişdi. Hətta bir dəfə həftəsonunu həbsdə keçirdim və bu, məni silkələdi. Daha bir də belə olmaq istəmədim və gənclər klublarına qatıldım”. 

O'Nilin bu təşəbbüsü yerli icma tərəfindən böyük rəğbətlə qarşılanıb.

Namiq HUN

tag: Şakil O’Nil ,NBA,Əfsanə,Basketbol,Todaypress.tv,