Ralf Şumaxer sükunəti pozdu

İdman

29.10.2025 15:05

Keçmiş “Formula-1” pilotu, almaniyalı ekspert Ralf Şumaxer “Maklaren” komandasının britaniyalı sürücüsü Lando Norrisə üstünlük verdiyi barədə yayılan iddialara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Ralf Şumaxerin sözlərinə görə, komanda rəhbəri Zak Braun heç kimə üstünlük vermir və əsas məqsəd çempionluqdur. 

“Bu məsələ ilə bağlı etibarlı mənbədən eşitdiyim bir şeyi demək istəyirəm: 

Zak Braun üçün fərqi yoxdur. Əsas odur ki, onun sürücülərindən biri dünya çempionu titulunu qazansın — kim olması vacib deyil. O, iş adamıdır. Xoşxasiyyət biri olsa da, çox sərtdir,” – deyə Şumaxer Backstage Boxengasse podkastında bildirib.

Qeyd edək ki, bundan əvvəl Lando Norris Meksika Qran-prisində qələbə qazandıqdan sonra azarkeşlərin fit səslərinə münasibət bildirib.

Namiq HUN

TodayPress TV

tag: Ralf Şumaxer,Formula-1,Maklaren,Lando Norris,Todaypress.tv,