Qarabağla oyun öncəsi zərbə: “Nyukasl” kapitanını itirdi
İdman
03.02.2026 16:38
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl Yunayted” klubunda ayrılıq yaşanıb.
TodayPress TV xəbər verir ki, İngiltərə təmsilçisinin müdafiəçisi və kapitanı Camal Lassells komandadan ayrılıb.
Klubun mətbuat xidməti futbolçunun “Lester”ə transfer olunduğunu açıqlayıb.
Qeyd edək ki, Lassells 2014-cü ildə “Nottinqem Forest”dən “Nyukasl Yunayted”ə keçmişdi. Təcrübəli müdafiəçi “sağsağanlar”ın heyətində 253 oyunda meydana çıxaraq klubun əsas simalarından birinə çevrilmişdi.
Xatırladaq ki, “Qarabağ” – “Nyukasl Yunayted” cütlüyü arasında ilk qarşılaşma 18 fevral tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bakıdakı görüş saat 21:45-də start götürəcək.
Namiq HUN
tag: Qarabağ,Nyukasl Yunayted,Camal Lassells,Klub,Todaypress.tv,
