Oksana Pismenna: “İstəyirəm ki, birlikdə böyük uğurlara imza ataq”.

İdman

09.09.2025 16:05

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçisi Oksana Pismenna ilə əməkdaşlığa başlayıb. 

TodayPress TV ASF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, məqsəd bədii üzgüçülük növünün ölkədə inkişafı, zamanla milli komandanın formalaşdırılması və beynəlxalq yarışlarda uğurla iştirak etməsidir.

Oksana Pismenna Ukrayna, Türkiyə, Fransa, İsveçrə, Cənubi Koreya və Misir milli komandaları ilə çalışıb. Onun yetirmələri yeniyetmələrdən ibarət milli komandalardan əsas yığmaya keçməklə yanaşı, dəfələrlə Avropa və Dünya çempionları, eləcə də Olimipiya Oyunlarının mükafatçıları olmağı bacarıblar.

“Dəyərli biliklərin nəsildən nəsilə ötürülməsi çox vacibdir. Məşqçinin ən vacib xüsusiyyəti onun bilik və təcrübəsini idmançılar və yeni məşqçiliyə başlayanlarla bölüşməsidir. Yalnız o halda idman növümüz inkişaf edərək, məşğul olmaq istəyən idmançılar üçün maraqlı olacaq. İstəyirəm ki, birlikdə böyük uğurlara imza ataq”, - deyə Oksana Pismenna bunları ASF-nin mətbuat xidmətinə bildirib. 

Namiq HUN

TodayPress TV

tag: Oksana Pismenna ,Üzgüçülük,Məşqçi,Milli,Todaypress.tv,