NBA əfsanəsi liqaya qayıtdı
İdman
12.06.2025 09:54
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəvi basketbolçusu Maykl Cordan liqaya yeni ampluada - NBC telekanalında oyun analitiki kimi qayıdıb.
TodayPress TV xəbər verir ki, onun bu qərarı basketbol ictimaiyyətində geniş rezonans doğurub.
NBA komissarı Adam Silver hadisəyə münasibət bildirib.
“NBC-dən olanlar mənə dedilər ki, Mayklla danışacaqlar. Mən də onlara “Uğurlar” dedim. Açığı, onun razılaşacağını gözləmirdim”, - deyə Silver "Fullcourtpass" platformasına açıqlamasında bildirib.
Xatırladaq ki, Maykl Cordan NBA tarixinin ən titullu basketbolçularından biridir. O, 6 dəfə NBA çempionu, elə o qədər də final seriyasının MVP-si olub. Cordan 5 dəfə NBA-nın ən dəyərli oyunçusu olub. O, 1987–1993 və 1996–1998-ci illərdə liqanın ən məhsuldar oyunçusu seçilib.
Qeyd edək ki, "NBC" telekanalı Cordanı yeni analitik heyətinə cəlb edərək basketbol azarkeşlərinə onun oyun zəkasını və analitik baxışını studiya formatında təqdim etməyə hazırlaşır.
Namiq HUN
tag: ABŞ ,NBA,Maykl Cordan,Fullcourtpass ,todaypress.tv,