Messinin komandaları 33 halın hamısında qrup mərhələsini adlayıb

İdman

24.06.2025 11:33

Məşhur argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi komandalar indiyə qədər iştirak etdikləri bütün 33 turnirdə qrup mərhələsini uğurla keçiblər. 

TodayPress TV xəbər verir ki, bu barədə Opta məlum yayıb.

Sonuncu uğur ABŞ-nin “İnter Mayami” klubuna məxsusdur. Komanda klublararası dünya çempionatının A qrupunun III turunda Braziliyanın “Palmeyras” klubu ilə 2:2 hesablı heç-heçə edib və bu nəticə ilə növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, Messi karyerasına “Barselona”da başlayıb. Leo, burada bir çox titullar, o cümlədən UEFA Çempionlar Liqasını qazanıb. Daha sonra PSJ-də çıxış edən ulduz futbolçu hazırda “İnter Mayami”də oynayır. Messi həmçinin Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionatının qalibi olub. 

Namiq HUN

tag: İnter Mayami,Messi,Klub,Oyun,Todaypress.tv,