“Liverpul”un üç yeni hədəfi

İdman

14.06.2025 16:00

“Liverpul” klubu yay transfer kampaniyasını davam etdirir. 

TodayPress TV xəbər verir ki, Daily Mail məlumatına görə, klubun Florian Virtsdən sonra növbəti hədəfi “Bornmut”un sol cinah müdafiəçisi Miloş Kerkezdir.

21 yaşlı macar futbolçu “Bornmut” tərəfindən 45 milyon funt sterlinqə qiymətləndirilir. Mersisayd təmsilçisi qiymətin endirilməsi üçün danışıqlara başlamağı planlaşdırır. Klub, həmçinin bir hücumçu və əlavə bir müdafiəçi transferini də gündəmdə saxlayır.

Qeyd edək ki, “Liverpul” daha əvvəl “Valensiya”dan qapıçı Georgi Mamardaşvilini 29 milyon funt-sterlinqə və “Bayer”dən sağ cinah müdafiəçisi Jeremi Frimponqu 29.5 milyon funt-sterlinqə heyətinə qatıb. Florián Virtsin transferinin isə təxminən 116 milyon funt-sterlinqə başa gələcəyi bildirilir.

Namiq HUN

tag: Liverpul,Hədəf,Klub,Transfer,Todaypress.tv,