“Lion” DNCG-dən şikayət edəcək
İdman
25.06.2025 12:42
“Lion” klubu Fransa Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Milli Nəzarət və İdarəetmə Departamentinin (DNCG) komandanı ikinci Diviziona göndərməsi barədə qərarına qarşı apellyasiya şikayəti verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
“Lion” DNCG-nin verdiyi anlaşılmaz qərardan dərhal apellyasiya verəcəyini təsdiqləyir. Son aylarda qurumla sıx əməkdaşlıq etmişik, tələb olunan məbləğlərdən də artıq sərmayə qoyaraq, bütün tələbləri yerinə yetirmişik. Səhmdarlarımızın ianələri və “Kristal Pelas” klubunun satışından əldə olunan gəlir hesabına maliyyə durumumuz xeyli yaxşılaşıb və 2025/26 mövsümü üçün kifayət qədər vəsaitimiz var.
Ardıcıl iki mövsümdür avrokuboklara vəsiqə qazandıran idman nəticələrimiz fonunda klubun aşağı diviziona göndərilməsini başa düşmək çətindir. Biz məsələ ilə bağlı apellyasiya verəcəyik və “Lion”un Liqa 1-də qalmaq üçün zəruri maliyyə imkanlarına malik olduğunu sübut edəcəyik”, – deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, “Lion” Fransa çempionatında 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.
Namiq HUN
tag: Lion,Klub,Şikayət,Futbol,Todaypress.tv,