Klublararası DÇ: Qrup mərhələsinin rəmzi komandası açıqlandı
İdman
28.06.2025 10:00
WhoScored analitik portalı klublararası dünya çempionatının qrup mərhələsinin rəmzi komandasını açıqlayıb.
TodayPress TV xəbər verir ki, siyahıya bir sıra tanınmış futbolçular - o cümlədən Lionel Messi və Serxio Ramos da daxil edilib.
Rəmzi komandanın tərkibi belədir:
Qapıçı:
Yassin Bunu (“Əl-Hilal”)
Müdafiəçilər:
Serxio Ramos (“Monterrey”)
Nikolas Otamendi (“Benfika”)
Aleksander Barbosa (“Botafogo”)
Yarımmüdafiəçilər:
Maykl Olise (“Bavariya”)
Ruben Neveş (“Əl-Hilal”)
Kenan Yıldız (“Yuventus”)
Xviça Kvaratsxeliya (PSJ)
Hücumçular:
Lionel Messi (“İnter Mayami”)
Luis Suares (“İnter Mayami”)
Qonsalo Qarsiya (“Real Madrid”)
Qeyd edək ki, iyunun 28-də klublararası dünya çempionatında pley-off mərhələsi start götürəcək. Mundial iyulun 13-də başa çatacaq.
Namiq HUN
tag: Klublararası,DÇ,Oyun,Futbol,Todaypress.tv,