Klublararası DÇ: 16 komanda yoluna davam edir

İdman

27.06.2025 09:00

ABŞ-də keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin başa çatmasının ardından 1/8 finala yüksələn bütün komandalar və qarşılaşmaların cütlükləri məlum olub. 

TodayPress TV xəbər verir ki, mundialda mübarizəni davam etdirəcək 16 klub artıq məlumdur.

Pley-off mərhələsinə vəsiqə qazanan komandalar bunlardır:

“Palmeyras” (Braziliya), “İnter Mayami” (ABŞ), PSJ (Fransa), “Botafoqo” (Braziliya), “Benfika” (Portuqaliya), “Bavariya” (Almaniya), “Flamenqo” (Braziliya), “Çelsi” (İngiltərə), “İnter” (İtaliya), “Monterrey” (Meksika), “Borussiya Dortmund” (Almaniya), “Fluminense” (Braziliya), “Mançester Siti” (İngiltərə), “Yuventus” (İtaliya), “Real Madrid” (İspaniya) və “Əl-Hilal” (Səudiyyə Ərəbistanı).

1/8 final cütlükləri:

“Palmeyras” – “Botafoqo”

“Benfika” – “Çelsi”

“İnter” – “Fluminense”

“Mançester Siti” – “Əl-Hilal”

PSJ – “İnter Mayami”

“Flamenqo” – “Bavariya”

“Real Madrid” – “Yuventus”

“Borussiya Dortmund” – “Monterrey”

Namiq HUN

tag: Klublararası,DÇ,Oyun,Futbol,Todaypress.tv,