İslam Maxaçev: “Məni yolumda inancım aparır, pul yox”
İdman
25.06.2025 09:31
UFC ulduzu İslam Maxaçevin Tim Kukun 199 milyon dollarlıq təklifinə verdiyi cavab idman dünyasında rezonansa səbəb olub.
TodayPress TV xəbər verir ki, iddiaya görə, “Apple” şirkətinin açıq homoseksual baş direktoru və LGBT hüquqları müdafiəçisi olan Tim Kuk, tanınmış döyüşçü İslam Maxaçevə hər iştirak etdiyi tədbirdə LGBT dəstəkli reklam çarxlarında çıxış etməsi şərti ilə 199 milyon dollarlıq müqavilə təklif edib.
Bildirilir ki, təklif 33 yaşlı Maxaçevin indiyədək UFC-dən qazandığı gəlirdən qat-qat yüksək olub və onun dünya miqyasında nüfuzundan istifadə edərək müxtəlifliyi təbliğ etməyə yönəlib.
Ancaq Maxaçev təklifi qətiyyətlə rədd edib. O, sosial şəbəkə hesabında cəmi bir cümləlik açıqlama verib:
“Məni yolumda inancım aparır, pul yox”.
İslamın cavabı sosial mediada dalğa yaradıb, tərəfdarları onun prinsipial mövqeyini alqışlayıb, digərləri isə imtinanı tənqid edib. Qısa, lakin güclü mesaj #MakhachevSpeaks həştəqi ilə dünya gündəminə düşüb.
Hazırda İslam Maxaçev UFC 317-də avstraliyalı Cek Della Maddalena ilə titullu döyüşə hazırlaşır. Onun məşqçisi Xavyer Mendes daha üç döyüşdən sonra idmandan gedə biləcəyini bildirmişdi. Lakin qalmaqallı hadisə Maxaçevin karyerasında dönüş nöqtəsinə çevrilə bilər.
Hazırda Tim Kukun komandası məsələyə münasibət bildirməyib. UFC dairələrində isə bu hadisə böyük müzakirələrə səbəb olub. Maxaçevin bu addımına görə hörmət qazanacağı, yoxsa daha çox tənqidə məruz qalacağını zaman göstərəcək.
Namiq HUN
tag: İslam Maxaçev,UFC,Təklif,Rədd,Todaypress.tv,

