İngiltərə əfsanəsi Marinaqisi sərt tənqid etdi

İdman

13.09.2025 16:14

İngiltərə millisinin və “Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karrager “Nottingem Forest” klubunun sahibi Evangelos Marinaqisi sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb. 

Karrager yunanıstanlı iş adamını “gəzən qumbara” adlandırıb:

“Bir vaxtlar “Nottingem Forest” İngiltərənin ən sevilən klublarından biri idi. “Meşəçilər” bu rəğbəti əfsanəvi baş məşqçi Brayan Klafın cazibəsi və uğurları sayəsində qazanmışdılar. Bu gün isə Marinaqisin davranışına görə ən sevilməyənlərdən birinə çevrilib. Marinaqis – “gəzən qumbaradır”.

Xatırladaq ki, “Nottigem Forest” klubunun rəhbərliyi baş məşqçini dəyişib. Portuqaliyalı mütəxəssis Nunu Eşpiritu Santu ilə yollar ayrılıb, komandaya Anqelos Postekoqlu rəhbərlik edəcək.

Namiq HUN

TodayPress TV

tag: Liverpul,Nottingem Forest,Evangelos Marinaqis,Tənqid,Todaypress.tv,