Hamit Altıntop: “Azərbaycan futbolunu hər fürsətdə vurğulayıram”
İdman
31.10.2025 13:26
Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop Azərbaycanda işləmək istəyir.
TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, bunu veteran futbolçunun özü bildirib.
Hamit Altıntop gənc futbolçuların inkişafına dəstək olmaqdan həmişə məmnun olduğunu deyib:
“Axı biz hamımız eyni mədəniyyətin və futbol ailəsinin bir hissəsiyik. İstər Türkiyə Futbol Federasiyasında (TFF) işlədiyim vaxtlarda, istərsə də ondan sonrakı dönəmdə Azərbaycandakı futbol rəsmiləri (AFFA) ilə daim əlaqə saxlayırıq. Hazırda heç bir rəsmi əməkdaşlıq gündəmdə deyil. Ancaq Azərbaycan futboluna göstərdiyim hörməti və marağımı hər fürsətdə vurğulayıram”.
Qeyd edək ki, Hamit Altıntop Almaniya futbolunun yetirməsidir. O, bu ölkənin “Şalke” və “Bavariya” klublarında forma geyib. Altıntop, həmçinin “Real Madrid” və “Qalatasaray” klubunda da çıxış edib. Yarımmüdafiəçi Türkiyə yığmasının heyətində 82 oyuna 7 qol vurub.
Namiq HUN
tag: Hamit Altıntop,TFF,Azərbaycan,Futbol,Todaypress.tv,
 
        
 
                                ![FIFA [[irqçilik ittihamı ilə]] iş açdı](/uploads/news/685b9f89e4d1d.webp) 
                                            ![Super Liqada [[3-cü pillənin sahibi]] bəlli oldu](/uploads/news/683ca56a777d5.webp) 
                                            ![Güləşçimiz [[erməni rəqibini məğlub edərək]], dünya çempionu oldu](/uploads/news/68a892dfaad7f.webp) 
                                            ![[["İmişli"]] yeni transferini açıqladı](/uploads/news/68b089b4b6c5e.webp) 
                                            ![Xaqan [[“Sheki Open”]] festivalının lideridir](/uploads/news/685a46f372004.webp) 
                                            ![[[“Araz-Naxçıvan”]] daha bir futbolçusu ilə anlaşdı](/uploads/news/683d466085569.webp) 
                                            !["Fənərbağça"nın [[futbolçusu]] "Əl-Hilal"a keçdi](/uploads/news/68b60599d5052.webp) 
                                            ![[[Misir]] DÇ-2026-ya vəsiqə qazandı](/uploads/news/68e6bb164f3fc.webp) 
                                            ![Bakıdakı darmadağın [[mundiallar tarixinə]] düşdü](/uploads/news/682dcd7df2be9.webp) 
                                            ![[[Universiada:]] Vəliyeva yarımfinala yüksəlib](/uploads/news/6880ba8f58d4c.webp) 
                                            