Ançelotti: “Neymarı izləməyə ehtiyac yoxdur, hamı onun istedadını bilir”

İdman

13.09.2025 10:43

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti ulduz futbolçu Neymarın milli komandadakı gələcəyi barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

“Neynmarın necə oynadığını izləməyə ehtiyac yoxdur - hamı onun istedadını bilir. Müasir futbolda istedadını ortaya qoymaq üçün əla fiziki formaya sahib olmaq lazımdır. Əgər o, optimal vəziyyətə çatsa, çətinlik çəkmədən yığmada yer alacaq.

Hamı Neymarı komandada görmək istəyir, amma yalnız yaxşı fiziki formada olanda. Mən onunla danışdım və dedim: ‘Sənin bərpa olunmaq və yığmaya dünya çempionatında maksimum nəticə göstərməyə kömək etmək üçün vaxtın var’.

Biz bu barədə onun Paraqvayla oyun öncəsi otelə gələndə söhbət etdik. Hər şey aydındır, yanaşmamız dəyişməyib.

Mən onu ya pleymeyker, ya da hücumçu kimi istifadə edərdim. Neymar artıq cinahda effektiv ola bilməz, çünki müasir futbolda bu mövqe ciddi fiziki göstəricilər tələb edir. Amma mərkəzdə, hücumameylli yarımmüdafiəçi rolunda problemsiz çıxış edə bilər”, - Ançelotti deyib. 

Xatırladaq ki, Neymar yaxın günlərdə zədədən sonra yaşıl meydanlara qayıdıb.

Namiq HUN

TodayPress TV

tag: Karlo Ançelotti,Futbol,Braziliya,Məşqçi,Neymar,Todaypress.tv,